
Moskvanın Basmannı rayon məhkəməsi Kostroma Vilayət Dumasının deputatı, Kostromada yanan “Poliqon” klubunun sahibi İxtiyar Mirzəyevi həbs edib.
Yeniavaz.com “iz.ru”ya istinadla xəbər verir ki, bu barədə deputat 2023-cü il yanvarın 5-dək həbsdə qalacaq.
“Təqsirləndirilən şəxsin və müdafiə tərəfinin ev dustaqlığı və ya həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətləri təmin edilməyib”, - deyə məhkəmənin açıqlamasında bildirilir.
Qeyd edək ki, “Poliqon” klubunda baş verən partlayış nəticəsində 15 nəfər ölüb.