Almaniya Macarıstana xəbərdarlıq etdi


Almaniyanın xarici işlər naziri Annalena Berbok İsveç və Finlandiyanın NATO -ya daxil olması ilə bağlı Macarıstanın neytral mövqeyindən danışaraq, ölkə hakimiyyətinə xəbərdarlıq edib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 
Budapeşti Şimali Atlantika alyansının genişlənməsi ilə bağlı mövqeyinə görə qınayan nazir vurğulayıb ki, bu halda neytrallıq qəbuledilməzdir. 
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq alyansın növbəti sammitinin tarixi və yerini açıqlamışdı. Vilnüs sammitində NATO-ya üzvlüyünü hələlik yalnız Türkiyə və Macarıstan ratifikasiya etməmiş İsveç və Finlandiyanın ilk dəfə iştirak edəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top