“İndiyədək Rusiyanın 100 mindən çox hərbçisi ölüb və ya yaralanıb” - ABŞ


“Rusiyanın Ukrayna müharibəsində 100 mindən çox hərbçisi ölüb və ya yaralanıb”.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milley deyib.
O, Nyu-York İqtisadi Klubunda çıxışı zamanı bildirib ki, Ukrayna hərbçiləri arasında da ölü və yaralıların sayı eyni miqyasdadır.
"Söhbət 100 mindən çox ölən və yaralanan rus əsgərlərindən gedir. Yəqin ki, Ukrayna tərəfində də eyni şeydir. Bu, insan iztirablarının böyük miqyasıdır. Hesablamalar müharibədə 40 minə yaxın mülki Ukrayna vətəndaşının həlak olduğunu göstərir", - Mark Milley deyib.
O bu məlumatın mənbəyini açıqlamayıb.
Rusiyadan Mark Milleyin iddiaları ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, noyabrın 10-na olan məlumata görə, müharibədə 78 mindən çox rus hərbçi həlak olub.
Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə sentyabrın 21-də itkilər barədə məlumat verərək 6 minə yaxın hərbçisinin öldüyünü bildirib.
Xatırladaq ki, iyun ayında Ukrayna hakimiyyəti müharibədə 10 minə yaxın ukraynalı hərbçinin həlak olduğunu açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top