Fransa Azərbaycana yeni səfir təyin etdi


Ann Buayon (Anne Boillon) Fransanın Azərbaycandakı yeni səfiri təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron ötən gün müvafiq sərəncam imzalayıb.
A.Buayon bundan əvvəl Fransanın Avstraliyanın Sidney şəhərində baş konsulu vəzifəsində çalışıb.
Qeyd edək ki, A. Buayon bu vəzifədə Zakari Qrossu əvəzləyəcək. Z.Qross 2019-cu ildən Fransanın Azərbaycandakı səfiri vəzifəsində çalışıb. Onun ölkəmizdəki diplomatik missiyası bu ilin sentyabrında başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top