Rəşad Dağlı hadisə yerinə aparıldı - Video + Yenilənib


Qaradağ Rayon Prokurorluğundakı sənədləşmə işləri tamamlandıqdan sonra Rəşad Dağlı istintaq prosesi ilə bağlı hadisə yerinə aparılıb.
Yeniavaz.com
İctimai Tv-nin yaydığı, meyxanaçının prokurorluğun önündə çəkilmiş kadrlarını təqdim edir:



***11:58
Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) prokurorluğa gətirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hazırda Qaradağ Rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılır.
Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) kimi tanınan məşhur meyxanaçı ötən gün qonşusunu qətlə yetirib. Qaradağ rayonu Lökbatan qəsəbəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyev arasında mübahisə zəminində dava düşüb.
R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

 

DİGƏR XƏBƏRLƏR

Top