Ərdoğan Laçın və Zəngəzurdan danışdı


“Biz sonuncu dəfə Praqada Ermənistanla danışıqlar aparmışıq. Onlara çox açıq şəkildə dedik: əgər siz Azərbaycanla münasibətləri müsbət istiqamətdə aparsanız, Türkiyə olaraq bizim də Ermənistanla münasibətlərimiz müsbət istiqamətdə gedəcək. Sizdən bunu gözləyirik”.
Yeniavaz.com
“TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 10-da Özbəkistanın Səmərqənd şəhərinə yola düşməzdən əvvəl keçirdiyi brifinqdə deyib.
“Biz bunu həm dar çərçivədə, həm də nümayəndə heyətləri arasında onlara çox aydın şəkildə ifadə etdik. İndiyə kimi təbii ki, hələ bu mərhələyə gəldiyimizi deyə bilmərəm. Çünki həm Fransada, həm də ABŞ-da diasporlar davamlı olaraq prosesin əleyhinə fəaliyyət göstərirlər. Bu fəaliyyətlər prosesə mənfi təsir göstərir. Bu diasporların mənfi işini müsbət istiqamətə kim çevirə bilər? Şübhəsiz ki, Ermənistan hakimiyyəti. Əgər buna nail ola bilsələr, perspektivimiz müsbət istiqamətdə dəyişəcək. Bu baxımdan biz düşmən qazanmağa yox, dostluq etməyə çalışırıq. Ermənistan hökuməti bunu bacararsa, bundan əlavə Laçın və Zəngəzurla əlaqədar Azərbaycanla birgə atacaqları müsbət addımlar da bizim atacağımız addımlara eyni şəkildə təsir edəcək”, - o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top