Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfeli 19 milyard 157,2 milyon manat olub.
Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, kredit portfelində biznes kreditlərinin payı 56,3% və ya 10 milyard 780,9 milyon manat olub. Bundan başqa kreditlərin 5 milyard 601,6 milyon manatını istehlak kreditləri, 2 milyard 774,7 milyon manatını isə ipoteka kreditləri təşkil edib.
Xəbəri rus dilində oxuyun: На долю 4 банков пришлось более половины кредитного портфеля - Кто владельцы?
Onu da bildirək ki, kredit portfeli 1 milyard manatdan çox olan 4 bank var. Bunlar “Azərbaycan Beynəlxalq Bankı” ASC (3 milyard 256,7 milyon manat), “Kapital Bank” ASC (2 milyard 855,2 milyon manat), “PAŞA Bank” ASC (2 milyard 620,5 milyon manat) və “Xalq Bank” ASC-dir (1 milyard 550,1 milyon manat).
Ölkədə fəaliyyət göstərən 26 bankın ümumi kredit portfelinin 53,7%-i və ya 10 milyard 282,5 milyon manatı adları qeyd olunan 4 bankın payına düşüb.
Qeyd edək ki, kredit portfeli 1 milyard manatdan çox olan bankların səhmdarları aşağıdakı kimi olub:
Banklar | Səhmdarlar | Payı |
“Azərbaycan Beynəlxalq Bankı” ASC | Maliyyə Nazirliyi | 92,56 % |
Əmlak Məsələləri Dövlət Komitəsi | 3,81 % | |
“Aqrarkredit” QSC | 0,23 % | |
Hüquqi şəxslər | 0,34 % | |
Fiziki şəxslər | 3,06 % | |
“Kapital Bank” ASC | “Paşa Holdinq” MMC | 99,87 % |
Fiziki şəxslər | 0,13 % | |
“Paşa Bank” ASC | “Paşa Holdinq” MMC | 56,8195 % |
“Bless” MMC | 28,1796 % | |
Arif Paşayev | 9,9944 % | |
Mir Camal Paşayev | 5,0066 % | |
“Xalq Bank” ASC | “İdeal Biznes Ko” MMC | 50 % |
“Yevro Standar” MMC | 33,85 % | |
“AMAL İnvest Qrup” MMC | 16,15 % |
A.Cəfərov