Zukerberq 11 mindən çox insanı işdən çıxarır: "Bu vəziyyəti səhv başa düşdüm"


“Facebook”, “Whatsapp” və “Instagram” kimi sosial şəbəkələrin sahibi olan “Meta” şirkəti 11 min işçisini işdən çıxarır. 
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat şirkətin sahibi və “Facebook”un qurucusu Mark Zukerberqin işçilərə göndərdiyi mesajda yer alıb.
Mark Zukerberq işçilərə ünvanladığı mesajda bunları qeyd edib:
“Mən komandamızın sayını təxminən 13 faiz azaltmaq və 11 mindən çox istedadlı işçimizi işdən çıxarmaq qərarına gəldim. Biz, həmçinin xərcləri azaltmaqla və işə qəbulu birinci rübə qədər dondurmaqla daha səmərəli şirkət olmaq üçün bir sıra əlavə addımlar atırıq".
Mark Zukerberq “Covid-19” epidemiyasının başlanğıcında e-ticarətin sürətlə böyüyərək gəlir artımına səbəb olduğunu və bu artımın epidemiyadan sonra da davam edəcəyini proqnozlaşdıraraq böyük investisiyalar etdiyini bildirib:
“Təəssüf ki, gözlədiyim kimi olmadı. Onlayn ticarət nəinki əvvəlki tendensiyaya qayıtdı, həm də makroiqtisadi tənəzzül, artan rəqabət və reklam siqnalının itməsi də gəlirimizin gözlədiyimdən xeyli aşağı olmasına səbəb oldu. Mən bu vəziyyəti səhv başa düşdüm və buna görə məsuliyyəti öz üzərimə götürürəm”.

DİGƏR XƏBƏRLƏR

Top