"Heç kim səbəbsiz heç bir yerdən getmir" - Zelenski


Ukrayna prezidenti Volodimir Zelenski Xerson ətrafındakı vəziyyəti şərh edib.
Yeniavaz.com
xəbər verir ki, o bununla bağlı videomüraciət yayıb.
“Heç kim səbəbsiz heç bir yerdən getmir və düşmən bizə hədiyyələr və ya “xoşməramlı jestlər” vermir”, - Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri öz mövqelərini addım-addım gücləndirirlər:
“Bu gün informasiya məkanında çoxlu sevinclər var və bunun səbəbi bəllidir. Amma bizim emosiyalarımız müharibə zamanı hər zaman təmkinli olmalıdır. Döyüş edəndə anlamaq lazımdır ki, hər addım həmişə düşmənin müqavimətidir, bu, həmişə qəhrəmanlarımızın can itkisidir.
Ona görə də biz çox ehtiyatla, emosiyalar olmadan, lüzumsuz risk etmədən hərəkət edirik. Bütün torpaqlarımızı azad etmək və itkilərin mümkün qədər az olması maraqları naminə. Biz Xersonun, Kaxovkanın, Donetskin və digər şəhərlərimizin azad edilməsini belə təmin edəcəyik. Amma bu, bizim səylərimizin, müdafiə əməliyyatlarımızın, hazırda davam edənlərin, hələ də planlaşdırılanların nəticəsi olacaq”.
Ukrayna Prezidenti qeyd edib ki, ən böyük qarşıdurma hazırda Donetsk vilayətindədir.
Xatırladaq ki, noyabrın 9-da Ukraynadakı Rusiya qüvvələrinin komandanı Sergey Surovikin ordusunun Xerson vilayətinin sağ sahilini tərk etdiyini açıqladı. Buna görə ruslar, bölgə mərkəzi olan Xerson şəhərini də tərk etməli olacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top