Çinin bu şəhərində yoluxma kəskin artdı


Çinin üçüncü ən böyük şəhəri olan Quanqcouda COVID-19 epidemiyasına yoluxanların sayə yenidən artıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, 18 milyonluq şəhərdə son 24 saatda yoluxma sayı 2500-ü keçib.
Xəstəliklərin sayı epidemiya başlayandan bəri ən yüksək səviyyəyə çatdı və təxminən 5 milyon əhalisi olan böyük şəhərlərdə qismən qapanmalar oldu.
Yerli hökumətin verdiyi açıqlamada, karantin zonalarında olan vətəndaşlara bazar gününə qədər evlərini tərk etməmələri ilə bağlı xəbərdarlıq edilərkən, hər evdən bir nəfərin gündə alış-verişə çıxmasına icazə veriləcəyi bildirilib.
Şəhərin əksər hissəsində ictimai nəqliyyatın hərəkəti dayandırılıb, məktəblər bağlanıb.
Quanqcoudan paytaxt Pekinə və digər iri şəhərlərə uçuşlar dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top