Sonuncu döyüş - Video


Şuşa azad edildikdən sonra şəhəri bombalayan düşmən növbəti dəfə buna cəhd etməyə hazırlaşır. Bu dəfə isə vəziyyət fərqli idi. Düşmən bilmirdi ki, Şuşanın tarixi abidələrinin qorunması üçün Haroplar pusquda dayanıb. Tapşırıq isə tam belə idi: qiymətindən və zərərvermə sahəsindən asılı olmayaraq, Şuşanı hədəf alan istənilən hədəf dərhal məhv edilməli və şəhərə bir mərmi belə düşməməli idi.

Yeniavaz.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, gizlədilmiş və kamuflyaj olunmuş texnikalara da imkan verilmir. Onlar nə qədər dərinlikdə olsalar da, məhv edilir.

Suqovuşanda isə bölmələrimiz bu istiqamətdə Ermənistan ordusuna qarşı son əməliyyatı icra edir.

Suqovuşandakı düşmən qüvvələrinin müqaviməti tam qırılır, Xocavənd və Xankəndidəki qüvvələr isə günlərdir mühasirədən çıxa bilmir. Ermənistan ordusunun 30 minədək canlı qüvvəsi məhv olmaq təhlükəsi ilə üz-üzə qalır. Və beləcə, düşmən müharibənin 44-cü günündə təslim olur. Kapitulyasıya aktının imzalanması ilə bütün cəbhələrdə silahlar susur.

Bununla da dünya tarixinin Azərbaycan səhifəsinə yeni tarix yazılır. 44 günlük zəfər tarixi...

Daha ətraflı videomaterialı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top