“İranı vura biləcək gücümüz var” – İsrail MN


İsrailin İrana zərbə endirmək imkanı var, lakin ölkə rəhbərliyi belə bir addım atmağı zəruri hesab edərsə, bu qərarı diqqətlə nəzərdən keçirməli olacaq. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Jerusalem Post”a İsrailin müdafiə naziri Benni Qantz bildirib. 
"İsrailin İranda hərəkət etmək imkanı var. Bizim hazırlığımız, bacarığımız və uzunmüddətli planlarımız var. Biz bu ehtimala hazırlaşmalıyıq, lakin hərəkətə keçməzdən əvvəl bu məsələni də çox diqqətlə düşünməliyik", - deyə o bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top