"Sülh müqaviləsi üçün Azərbaycan və Ermənistanla sıx əlaqədəyik" – Zaxarova


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan arasındakı mümkün sülh müqaviləsi barədə danışıb.
Yeniavaz.com
Rusiya mətbuatına istinadla xəbər verir ki, Zaxarova ölkələrin Baş nazir müavinlərinin həmsədrliyi altında Üçtərəfli İşçi Qrupunun fəaliyyəti çərçivəsində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması istiqamətində böyük işlər görüldüyünü bildirib:
“Biz Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialından maksimum istifadə edə bilmək üçün konkret layihələrin ən tez zamanda reallaşdırılması üçün iş aparırıq.  Azərbaycan və Ermənistandan olan həmkarlarla sülh müqaviləsinin hazırlanması üzrə sıx koordinasiya həyata keçirilir”.

DİGƏR XƏBƏRLƏR

Top