Mingəçevirdə sahibsiz itlər insanlara hücum edir - Video


Mingəçevirdə sahibsiz itlər sakinlərə hücum edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mingəçevir sakinləri redaksiyamıza bildirib. Onların sözlərinə görə, son günlər Mingəçevirdə sahibsiz itlərin sayı artıb. Şəhərin Nizami, N.Nərimanov, Havarlı və sair küçələrinin sakinləri qorxu içindədirlər. Sakinlər bildirilər ki, övladları səhər məktəbə gedəndə itlərin hücumuna məruz qalırlar. Hətta mağazalara, evlərin zirzəmilərinə girib orada balalayır və ondan sonra da onları ordan çıxarmaq mümkün olmur. Avtomobil yollarında, bağlarda, yaşayış binalarının qarşısında sahibsiz itlərə daha çox rast gəlmək olur. Sakinlər aidiyyəti qurumlardan kömək istəyirlər.


Esmira Hidayətova, Mingəçevir

 

DİGƏR XƏBƏRLƏR

Top