Yoluxanların sayı açıqlandı


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 51 nəfər müalicə olunaraq sağalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 823584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813405 nəfər müalicə olunaraq sağalıb, 9957 nəfər vəfat edib, aktiv xəstə sayı 222 nəfərdir.
Ölkədə son sutka ərzində 1740, hazırkı dövrədək isə 7337855 test aparılıb.

Qeyd edilib ki, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

DİGƏR XƏBƏRLƏR

Top