Ukraynada həbsdə olan Qarabağ qazisi: "Tərcüməçisiz, vəkilsiz məhkəmələr keçirirlər" - Video


Bir ildən çoxdur Ukraynada saxlanılan soydaşlarımız − Misir Qasımlı və Sübhan Quliyevlə bağlı hələ də məhkəmə qərarı verilməyib.
Yeniavaz.com
xəbər verir ki, Kiyev vilayəti Obuxovski rayon məhkəməsində keçirilən növbəti prosesdən sonra Misir Qasımlı Baku TV-yə açıqlama verib.
Həbsdə olan Qarabağ qazisi bildirib ki, onlar haqqında irəli sürülən ittihamlar yalandır.
“Bütün hüquqlarımız apellyasiya məhkəmələri tərəfindən pozulur. 8 aydır bizi heç bir məhkəməyə aparmırlar. Tərcüməçisiz, vəkilsiz məhkəmələr keçirirlər”, - deyə o əlavə edib.
M.Qasımlı nə Xarici İşlər Nazirliyindən, nə Ombudsman Aparatından, nə də səfirlikdən vəkillərinin müraciətlərinə cavab verildiyini qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top