Putin Donbassa səfər edəcək


Rusiya Prezidenti Vladimir Putin Donbassa səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Hələlik konkret planlar yoxdur, amma şübhə etmirəm ki, Putin Donbassa səfər edəcək. Bunlar Rusiyanın bölgələridir və Putin orada olacaq”, - Putinin Donbassa gedib-getməyəcəyi sualına cavab verən Kreml sözçüsü deyib.
Qeyd edək ki, Donbass Ukraynanın Donetsk və Luqansk vilayətlərinin yerləşdiyi əraziyə deyilir. Sözügedən vilayətlər hazırda Rusiyanın işğalı altındadır.

DİGƏR XƏBƏRLƏR

Top