Mingəçevirdə Bayraq Günü ilə bağlı tədbir keçirilib - Video


Mingəçevirdə 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təntənəli tədbir keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Heydər Əliyev meydanında keçirilən tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, mətbuat işçiləri iştirak ediblər.
Meydana düzülmüş bayraqların ətrafında səliqə ilə toplanan Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllim və şagirdləri öz ifaları ilə tədbirə əlavə rəng qatıblar.
Mərasimdə üçrəngli bayrağımıza həsr olunmuş şeirlər söylənib, mahnılar və rəqslər ifa olunub. Aparıcının gur səsi, şəhər gənclərinin təqdimatı əsasında 15 metr uzunluğunda, 7,5 metr enində Dövlət Bayrağı alqış sədaları altında meydana gətirilib.
Bundan əlavə məktəblilərin ifasında kompozisiya da təqdim olunub.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top