“ABŞ Azərbaycan və Ermənistana imzalamağa hazır sənəd təqdim etmir”


“İndi biz çox da birgə bəyanatlar verməməyə çalışrıq, lakin bu iki ölkə kontekstində birgə bəyanata diqqət yetirilməlidir. Bu, çox müsbət əlamətdir ki, bu iki ölkə nəinki birgə bəyanat yayır, həm də onun arxasında duran mahiyyəti razılaşdıra bilir”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilmiş görüşə münasibət bildirərkən deyib.
O bildirib ki, birbaşa dialoqun davam etdirilməsi problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır:
“Bizim gördüyümüz iş iki tərəfin bir araya gəlməsi üçün məkan və fürsət yaratmağa və onların arasında körpü yaratmağa çalışmaqdır. Lakin biz onlara imzalanmağa hazır olan sənəd təqdim etmirik. Biz onların özlərinin etməli olduqları diplomatiyanı həyata keçirmək üçün əlimizdən gələni edirik”.

DİGƏR XƏBƏRLƏR

Top