"Krım körpüsünün təmiri vəd edilən müddətdə başa çatmayacaq" - Britaniya kəşfiyyatı


Krım körpüsünün təmiri vəd edilən müddətdə başa çatmayacaq. Onun 2023-cü ilin sentyabrına qədər tam fəaliyyət göstərməsi ehtimalı azdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
"Ruslar noyabrın 8-dək körpünün 64 metrlik aşırımını dəyişdirməyə başlamağı planlaşdırırdılar. Eyni zamanda qeyd edilir ki, zədələnmiş hissələrin dəyişdirilməsi üçün daha üç belə dəyişiklik lazımdır", - Britaniya kəşfiyyatının yaydığı məlumatda deyilir.
Qeyd edək ki, ruslar körpünün bu hissəsinin dekabrın 20-dək bərpa olunacağını bəyan ediblər. Lakin Rusiya Prezidenti Vladimir Putin 2023-cü ilin martınadək davam edəcək işlərlə əlaqədar yolda fasilələrin ola biləcəyini bildirib.
Bununla əlaqədar olaraq Britaniya kəşfiyyatı rəsmiləri körpünün 2023-cü ilin sentyabrına qədər tam istifadəyə verilməsini çətin hesab edirlər. Bildirilir ki, təmir qış hava şəraitindən asılı olacaq.

DİGƏR XƏBƏRLƏR

Top