İtaliyada 5,7 bal gücündə zəlzələ olub


Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) İtaliyanın Rimini şəhəri sahillərində 5,7 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, zəlzələnin Riminidən təxminən 64 km şərqdə və 10 km dərinlikdə baş verdiyi bildirilib.
İtaliyanın bəzi əyalətləri ilə yanaşı, qonşu ölkələrdə də hiss edilən zəlzələdən sonra bir neçə təkan da olub. Regionda yaşayan əhali təşviş içində evlərini tərk edərək küçədə gözləməyə başlayıb.
Bəzi evlərdə çatların olduğu bildirilsə də, ilk təsbitlərə görə ölən və yaralanan olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top