ABŞ Konqresinə ara seçkilər keçirilib


Noyabrın 8-də amerikalılar ABŞ Konqresinə ara seçkilərdə iştirak ediblər.

Yeniavaz.com “BBC”yə istinadən xəbər verir ki, seçkilərdə 435 yerlik Nümayəndələr Palatasının (Konqresin aşağı palatası) üzvləri və senatorların üçdə biri seçiləcək. Bundan əlavə, seçicilər 36 ştat və üç ərazinin (Quam, Şimali Mariana adaları və Amerika Samoası) qubernatorlarını da seçəcəklər.
Qeyd edək ki, bu səsvermələr hər iki ildən bir keçirilir və prezidentin dörd illik səlahiyyət müddətinin ortasına düşdükdə onlar ara seçkilər adlanır.
Birləşmiş Ştatlarda 2022-ci il noyabrın 8-də keçirilən ara seçkilərin nəticələri Co Baydenin prezidentliyinin qalan iki ilinə və ondan sonrakı dövrə böyük təsir göstərəcək.
Bu seçkilər amerikalıların ABŞ prezidenti Co Baydenin fəaliyyətinə verdiyi qiymətin öyrənilməsinə dolayısı imkan yaradacaq, eyni zamanda, 2024-cü ildə keçiriləcək növbəti prezident seçkiləri ərəfəsində əhval-ruhiyyənin mühüm göstəricisi olacaq.
Bildirilir ki, keçmiş Amerika prezidenti Donald Trampın dəstəklədiyi namizədlər pis nəticə göstərsələr, onun yenidən prezidentliyə namizəd olmaq üçün Respublikaçılar partiyasından dəstək alması ehtimalı az olacaq.

DİGƏR XƏBƏRLƏR

Top