Rəşad Dağlının özü polisə təslim olub - DİN


Xəbər verdiyimiz kimi, tanınmış meyxanaçı Rəşad Əmirov (Dağlı) Lökbatan dairəsində şəxsi mübahisə zəminində qonşusu İsgəndər adlı şəxsi bıçaqla ürəyinə zərbə endirərək qətlə yetirib.
Yeniavaz.com
xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev qətlin təfərrüatları ilə bağlı “Xəzər TV”yə danışıb.
O bildirib ki, ilkin ehtimala görə, hadisə söyüş üstündə baş verib.
E.Hacıyevin sözlərinə görə, hadisədən sonra Rəşad Əmirov Yasamal Rayon Polis İdarəsinə gələrək təslim olub.
Şöbə rəisi qeyd edib ki, hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun hadisəyə hüquqi qiymət veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top