Kamilə Vəliyevanın işi İdman Arbitraj Məhkəməsinə göndərildi


Ümumdünya Antidopinq Agentliyi (WADA) Pekin Olimpiadası zamanı dopinq testi müsbət çıxan fiqurlu konkisürən Kamilə Vəliyevanın işini İdman Arbitraj Məhkəməsinə (CAS) verib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə WADA-nın rəhbəri Vitold Banka rəsmi “Tvitter” hesabında məlumat verib. 
Təşkilat rəhbərinin sözlərinə görə, bu qərar təşkilatın və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) nümayəndələrinin fiqurlu konkisürənin işində davam edən yubanma ilə bağlı narahatlığı ilə əlaqədar qəbul edilib. 
Rusiya Antidopinq Agentliyinin (RUSADA) Kamilə Vəliyevanın işinin mümkün qədər tez həll olunacağına dair rəsmi bildirişinə baxmayaraq, heç bir irəliləyiş əldə olunmayıb. 
Qeyd edək ki, bu il Pekində keçirilən Qış Olimpiya Oyunlarında 16 yaşlı rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyeva ilə bağlı dopinq qalmaqalı baş verib. İdmançı komanda yarışlarında çempion olub, lakin Kamilə Vəliyevanın 25 dekabr 2021-ci ildə dopinq testi müsbət nəticə verib. 
RUSADA Olimpiya Oyunları başa çatdıqdan sonra Vəliyevanın dopinq işi ilə bağlı əlavə araşdırmaya cəlb edilib. Sentyabrın 14-də təşkilatın rəhbəri Veronika Loginova Rusiya antidopinq agentliyinin araşdırmasını başa çatdırdığını elan edib və oktyabrın sonunda intizam komitəsində iş üzrə dinləmələr elan edib. Daha sonra RUSADA bəyan edib ki, Vəliyeva işinin təfərrüatlarını ictimaiyyətə açıqlamaq niyyətində deyillər, çünki fiqurlu konkisürən azyaşlıdır və qorunan şəxs sayıla bilər. Bununla belə, WADA qərarın ictimaiyyətə açıqlanmasını istəyib və hökmün mümkün qədər tez açıqlanmaması halında işi İdman Arbitraj Məhkəməsinə aparacağını bildirib. 
Onu da bildirək ki, Azərbaycan mətbuatında Kamilə Vəliyevanın azərbaycanlı olduğu yazılsa da, rəsmi tərcümeyi-halında fiqurlu konkisürənin milliyətcə tatar olduğu qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top