Vətənə xəyanətdə ittiham edilən Aydın Zəkiyevin etirafları yayıldı - Video


Vətənə xəyanətdə ittiham edilən Aydın Zəkiyevin etirafları yayımlanıb.
Yeniavaz.com
xəbər verir ki, həmin etiraflar ilk dəfə “Xəzər TV”nin “Qartal Zirvədə” adlı sənədli filmində nümayiş etdirilib.
Məlumat üçün bildirək ki, ötən ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı, 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlu Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib. Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top