Şon Penn Oskar mükafatını Zelenskiyə verib


Hollivud aktyoru, kinorejissor, ssenarist və prodüser Şon Penn Oskar mükafatını prezident Vladimir Zelenskiyə verib.
Yeniavaz.com
Ukrayna Prezident Aparatının mətbuat xidmətinə istinadən xəbər verir ki, Zelenski Rusiyanın hücumundan sonra üçüncü dəfə Ukraynaya səfər edən Penn ilə görüşüb .
Dövlət başçısı bu müharibənin əvvəlindən Ukrayna və onun xalqına göstərdiyi diqqət və dəstəyə görə Pennə təşəkkür edib və ölkədəki mövcud vəziyyətdən danışıb. Həmsöhbətlər Ukraynanı dəstəkləmək və dünyanın diqqətini baş verən faciəli hadisələrə saxlamaq imkanlarını müzakirə ediblər.
Penn bildirib ki, Ukrayna haqqında filmi üzərində işləməyə davam edir.
Şon Penn Ukraynanın qələbəsinə inam rəmzi olaraq “Oskar” heykəlciyini Zelenskiyə verib. Mükafat müharibənin sonuna qədər Ukraynada olacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top