Ağ Evdən Baydenin İranla bağlı sözlərinə münasibət bidirilib


ABŞ bütün ölkələrdə dövlət sistemini dəyişdirə bilməz.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ prezidenti Bayden “İranı azad etmək” istəyini bəyan etdikdən sonra milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.
Sallivan qeyd edib ki, Bayden administrasiyası digər ölkələrlə əməkdaşlıq yolu ilə “demokratiyanın insanların xeyrinə işləyə biləcəyini, eləcə də qlobal problemlərin həllinə xidmət edə biləcəyini” göstərməyə çalışır.
“Birləşmiş Ştatlar iranlıların məlumat və internetə çıxışını, bir-biri ilə və dünya ilə ünsiyyətini asanlaşdırmaq üçün bir sıra tədbirlər görüb. Bizdə başqa kontekstlərdə istifadə oluna bilən oxşar alətlər var”, - deyə rəsmi bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top