Dənizkənarı Milli Parkda Zəfər Günü ilə bağlı bayram konserti keçirilib, atəşfəşanlıq olub - Yenilənib


Bakı şəhərində Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə bayram konserti keçirilib və konsertdən sonra atəşfəşanlıq olub.

Yeniavaz.com xəbər verir ki, Milli Parkla bərabər Şuşa şəhərində də atəşfəşanlıq olub.

19:26

Bakı şəhərində Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə bayram konserti keçirilir.
Yeniavaz.com
 xəbər verir ki, Milli Parkda yerləşən “Saat qülləsi” yaxınlığında bayram proqramı təqdim olunur.
Tədbirdə estrada müğənniləri çıxış edirlər.
Bu gün saat 21.00-da isə atəşfəşanlıq olacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top