Qətər dünya çempionatını Sarkozinin müdaxiləsi sayəsində əldə edib – Blatterdən açıqlama


FİFA-nın keçmiş prezidenti Yozef Blatter 2022 FİFA Dünya Çempionatına ev sahibliyi edəcək ölkə seçiminin təfərrüatlarını açıqlayıb.
Yeniavaz.com
xarici KİV-lərə istinadən bildirir ki, Blatter Qətərin 2022-ci il dünya çempionatını UEFA-nın keçmiş rəhbəri Mişel Platininin, sonra isə Fransa prezidenti Nikola Sarkozinin müdaxiləsi sayəsində əldə etdiyini açıqlayıb.
"Qətər çox kiçik ölkədir. Futbol və dünya çempionatı belə bir dövlət üçün çox böyükdür. Qətər seçimi səhv idi. İcraiyyə komitəsində razılaşdıq ki, Rusiya 2018-ci ildə, ABŞ isə 2022-ci ildə dünya çempionatına ev sahibliyi edəcək. Lakin FİFA-nın həlledici Konqresinə bir həftə qalmış Platini mənə zəng edərək planımızın baş tutmayacağını dedi. Məlum olub ki, Sarkozi Qətər vəliəhdi ilə nahar edib. Sonra o, Platinidən Qətər üçün nəsə etməyə çalışmasını xahiş etdi. Ümumiyyətlə, belə oldu: Platininin səsləri sayəsində dünya çempionatı ABŞ-a yox, Qətərə keçdi”, - deyə Blatter bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top