“Rus sülhməramlıları Qarabağda müvəqqəti yerləşiblər” - Prezident


“Bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər”.
Yeniavaz.com
xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə deyib.
“Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”, - Prezident bildirib.

DİGƏR XƏBƏRLƏR

Top