“Sülhməramlıların fəaliyyət müddəti 2025-ci ildə başa çatır. Cəmi 3 ildən sonra Qarabağda bir dənə də olsun rus əsgəri qalmayacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu AzTV-nin sədri Rövşən Məmmədov “Həftə” analitik proqramında deyib.
“Üstəlik, prosesin uzadılması yaxud azaldılması kiminsə yox, məhz Azərbaycanın istəyinə bağlıdır. Yəni, Rusiya qoşunlarının Qarabağdan çıxması hətta tezləşdirilə də bilər. Yenə deyirəm, qərarı biz, məhz Rəsmi Bakı verir. Və Rəsmi Bakı da kifayət qədər gözəl bilir ki, Rusiya sülhməramlıları bu gün Qarabağda nə işlə məşğuldur”, - o bildirib.
Daha ətraflı: