Mingəçevirdə Zəfər Günü ilə bağlı tədbir keçirilib - Foto + Video


Mingəçevirdə 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.
Yeniavaz.com
xəbər verir ki, tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın nümayəndələri, şəhərin hüquq-mühafizə orqanları, deputat Aydın Mirzəzadə, şəhər ictimayyətinin nümayəndələri, vətən müharibəsinin iştirakçıları və qazilər iştirak ediblər.
Onlar əvvəlcə ulu öndərin abidəsini, daha sonra şəhidlər xiyabanını ziyarət ediblər.
Şəhərin ictimaiyyət nümayəndələri daha sonra Zəfərin şərəfinə yaradılmış istirahət güşəsinə baxış keçiriblər.
44 günlük vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan polikovnik Seymur Hidayətov və MDU-nun prorektoru, proffesor Veysəl Əyyubov bu gün münasibəti ilə Yeniavaz.com a öz təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, şəhərdə axşam saatlarında Zəfər Gününə həsr edilmiş bayram konserti və atəşfəşanlıq olacaq.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top