Bakıda hərbi qulluqçuların yürüşlərindən görüntülər - Video + Yenilənib


8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, yürüşlərdə hərbi orkestrlərin ifasında hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar səsləndirilib.



***11:10
8 Noyabr - Zəfər Günü münasibətilə paytaxtın müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri təşkil olunub.
Yeniavaz.com xəbər verir ki, yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra isə hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin üç marşrut üzrə - Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı; Şəhidlər xiyabanı, “Alov qüllələri” kompleksi, “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi, “Azneft” dairəsi, Bəhram Gur heykəli; Hüseyn Cavid parkı, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı istiqamətləri üzrə keçirilib.
Orkestrlər hərbi vətənpərvərlik mahnıları, marşlar səsləndiriblər.
Hərbi orkestrlərin nümunəvi çıxışları şəhər sakinlərində və qonaqlarda yüksək əhval-ruhiyyə yaradıb.

 


DİGƏR XƏBƏRLƏR

Top