Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi


Türkiyə Xarici İşlər Nazirliyi Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə XİN-in saytında məlumat dərc edilib.
“İşğal altındakı torpaqlarını qəhrəman bir mücadilənin nəticəsində azad edən qardaş Azərbaycanı 8 Noyabr Zəfər Günü münasibətilə təbrik edirik.
Azərbaycan Ordusunun bu tarixi qələbəsi həm də bütün regionda davamlı sülh və əmin-amanlıq ümidlərinin yaranmasında mühüm rol oynayıb.
Türkiyə işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası da daxil olmaqla bütün Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın artırılması üçün Azərbaycanla tam həmrəylik və koordinasiya şəraitində fəaliyyət göstərməyə davam edəcək”, - təbrikdə deyilib.

DİGƏR XƏBƏRLƏR

Top