“Təzə Pir” məscid kompleksinin rəisi Hacı Hatəm Musa oğlu Mirzəyev ötən gün dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.
Bildirilib ki, dəfn mərasimi bu gün saat 11:00-da baş tutacaq.
Qeyd edək ki, Hatəm Mirzəyev 1957-ci il iyulun 9-da Bakıda dünyaya gəlib.
O, 1988-ci ildə “Əjdərbəy” məscidində təftiş komissiyasının sədri olub.
2007-ci ildə o, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin sərəncamı ilə “Hacı Soltanəli” məscidinə mütavalid təyin edilir, 2009-cu ildə orada icma şurasının sədri seçilir.
2010-cu ildən bu günə qədər Hacı Hatəm Mirzəyev “Təzə Pir” məscidinin rəisi vəzifəsində çalışıb.
Allah rəhmət eləsin.