Uşaq bağçasındakı bu görüntülər gündəm oldu - Video


Azərbaycanda uşaq bağçalarından birində Zəfər Günü ilə bağlı keçirilən tədbirdə qeydə alınmış görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, görüntülərdə Vətən müharibəsində yaralanmış hərbçi obrazını canlandıran uşaqların müxtəlif orqanları - ayaqları, başları, qolları sarınıb.
Bundan əlavə, əllərində əsa ilə axsaya-axsaya meydana çıxan uşaqlar müharibədə yaralanmış qaziləri təmsil ediblər.
Sözügedən görüntülər sosial şəbəkələrdə gündəmə və qınaq obyektinə çevrilib. Uşaqların Zəfər Gününü bu şəkildə qeyd etməsi etirazlara səbəb olub.
Görüntülərin hansı müəssisəsində çəkildiyi məlum deyil.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top