ABŞ-da kimya zavodunda partlayış baş verdi


ABŞ- da Corciya ştatındakı “Symrise” kimya zavodunda yanğın baş verib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, hadisə səbəbilə zavoddan və yaxınlıqdakı üç yaşayış məntəqəsindən sakinlər təxliyə edilib.
Yanğının qarşısı alınıb, lakin xilasetmə xidmətləri küləyin kimya zavodundan çıxan tüstünü yaya biləcəyindən narahatdır.
Verilən məlumatlara görə, yanğın başlamamışdan əvvəl zavodda bir neçə partlayış səsi eşidilib. Yanğınsöndürənlər daha sonra təsdiqləyiblər ki, partlayan kimyəvi maddə ətirlər və mineral yağlarda istifadə edilən hidrogen peroksiddir.

DİGƏR XƏBƏRLƏR

Top