Hazırda Ukraynada münaqişə bölgəsində 80 minə yaxın səfərbər edilmiş Rusiya vətəndaşı var, onlardan 50 mini döyüş əməliyyatlarında iştirak edir.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Tver vilayətinə səfəri zamanı regionun qubernatoru İqor Rudenya ilə görüşündə deyib.
“Hazırda bizim 50 minimiz döyüş bölmələrindədirlər. Qalanları hələ döyüş əməliyyatlarında iştirak etmir. Lakin bölgədə 80 minə qədər hərbçi var. Qalanların hamısı təlim poliqonlarındadır”, - deyə o qeyd edib.