Almaniya 2 uşağı olan ailələrə aylıq 1600 avro verməyə hazırlaşır


Almaniyada yeni sosial yardım qanun layihəsi hazırlanıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, qanun layihəsinə görə 2 uşağı olan valideynlər dövlətdən 902 avro, həmçinin, uşaqlar üçün 696 avro sosial müavinət ala biləcəklər. Beləcə, bəhs edilən ailələrin hər birinə ayda 1598 avro (2700 manat) pul veriləcək.
Qeyd edək ki, qanun layihəsi Almaniyada birmənalı qarşılanmayıb. Bir çox siyasətçi buna qarşı çıxıb. Onlar yeni qanunla ölkədə artıq işləyənlərin sayının azalacağını iddia edib.

DİGƏR XƏBƏRLƏR

Top