Çox sayda Çin qırıcısı Tayvana yaxınlaşdı


Tayvan bölgədə Çin Xalq Azadlıq Ordusunun 63 təyyarəsi və dörd döyüş gəmisinin görünməsini qeydə alıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Departamenti “Twitter”də məlumat yayıb. Departamentin məlumatına görə, onların arasında J-11 (Jian-11), J-16 (Jian-16) və J-10 (Jian-10) qırıcıları, həmçinin Y-8 radar kəşfiyyat təyyarəsi xəbərdaredicisi var.
Xatırladaq ki, bir gün əvvəl Tayvanın Müdafiə Nazirliyi Çin Hərbi Dəniz Qüvvələrinə aid dörd gəminin və 46 hərbi təyyarənin, o cümlədən pilotsuz uçuş aparatları (PUA), döyüş təyyarələri və helikopterlərin adaya yaxınlaşdığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top