Çempionlar Liqasında püşk atıldı: "Bavariya" və PSJ qarşı-qarşıya...


UEFA Çempionlar Liqasında növbəti mərhələsinin püşkü atılıb.
Yeniavaz.com
xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində qitənin ən böyük turnirinin 1/8 final mərhələsində qarşılaşacaq cütlər müəyyənləşib.
Püşkatmanın nəticəsi aşağıdakı kimidir:

"Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə)
"Brügge" (Belçika) - "Benfika" (Portuqaliya)
"Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya)
"Milan" (İtaliya) - "Tottenhem" (İngiltərə)
"Ayntraxt" (Almaniya) - "Napoli" (İtaliya)
"Borussiya Dortmund" (Almaniya) - "Çelsi" (İngiltərə)
"İnter" (İtaliya) - "Portu" (Portuqaliya)
"Bavariya" (Almaniya) - PSJ (Fransa)

Qeyd edək ki, bu mərhələnin ilk oyunları 14-15 və 21-22 fevralda, cavab görüşləri isə 7-8 və 14-15 martda olacaq.

DİGƏR XƏBƏRLƏR

Top