Şəhid polkovnikin xeyirxah əməlini həyat yoldaşı davam etdirir - Fotolar


Noyabrın 3-də Vətən müharibəsi şəhidi polkovnik-leytenant Qərib Baxşəliyevin anım günü ilə bağlı mərasim keçirilib.

"Cığır" İctimai Birliyindən Yeniavaz.com-a verilən məlumata əsasən, mərasimdən öncə İctimai Birliyin könüllü müəllim, tələbə heyəti II Fəxri Xiyabanda şəhidlərimizin və polkovnik-leytenantın ruhunu ailəsi ilə birgə yad ediblər.
Şəhidin adına verilən mərasim süfrəsində ailə üzvləri, xanımı Gülnarə Baxşəliyeva və "Cığır" İctimai Birliyinin könüllü kollektivi iştirak edib.
İctimai Birlikdən verilən məlumata görə, polkovnik-leytenant Qərib Baxşəliyev Vətənini sevən fədai olmaqla yanaşı, eyni zamanda xeyirsevər vətəndaş olaraq da qəlblərdə, xatirələrdə iz qoyub. Belə ki, o, sağ ikən "Cığır" İctimai Birliyinin layihələrinə dəstək olub.
İctimai Birlikdən bildirilib ki, hazırda isə bu missiyanı xanımı Gülnarə Baxşəliyeva davam etdirməkdədir:
“Neçə-neçə ata himayəsindən məhrum uşağın təhsilinə maddi dəstək göstərməyə çalışan Gülnarə xanım bu böyük ürəyi ilə Vətənini sevən xanımlara örnəkdir. Şəhidlərimizlə fəxr edir, onlara Allahdan rəhmət diləyirik. Vətənimiz uğrunda canından keçən şəhidlərimizi unutmamaq, onları yad etmək hər birimizin borcudur”.



DİGƏR XƏBƏRLƏR

Top