Kreml Azərbaycan və Ermənistana çağırış etdi


Rusiya Azərbaycan və Ermənistanı təmas xəttində gərginliyin artmasına səbəb olacaq addımlardan çəkinməyə çağırır.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Həqiqətən də, Soçidə keçirilən üçtərəfli görüşün yekununda qəbul edilən bəyanatda tərəflərin, Azərbaycan və Ermənistanın problemi yalnız siyasi-diplomatik, sülh yolu ilə həll etmək niyyəti vurğulanıb. Ona görə də biz hər iki tərəfi təhlükəli münaqişədən və təmas xəttində gərginliyin artmasına səbəb ola biləcək hərəkətlər və addımlardan çəkinməyə çağırmaqda davam edirik”, - Kremlin sözçüsü deyib.
Xatırladaq ki, bu gün Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın mövqelərimizi öz ərazisindən atəşə tutması barədə məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top