Sobçak Rusiyaya qayıtdı


Kseniya Sobçak Rusiyaya qayıdıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC hüquq-mühafizə orqanlarına yaxın mənbələrə istinadən məlumat yayıb.
 “O, Latviya ilə sərhəddə yerləşən Buraçki (Pskov vilayəti) keçid məntəqəsindən keçib”, - agentliyin həmsöhbətlərindən biri deyib.
Jurnalistin anası senator Lyudmila Narusova və Sobçakın vəkili Sergey Badamşin şərh verməkdən imtina ediblər.
Xatırladaq ki, Sobçak onun kommersiya direktoru Kirill Suxanova qarşı cinayət işi açıldıqdan sonra xaricə gedib. Suxanov və keçmiş baş redaktor Tatler Arian Romanovski 11 milyon rubl pul tələb etməkdə ittiham olunurlar.
Qeyd edək ki, Sobçak 2018-ci ildə Rusiya Federasiyasında keçiriən seçkilərdə Prezidentliyə namizədliyini verib və Vladimir Putinin qalib olduğu səsvermə zamanı 1 milyon 237 min 692 (1,68%) səs toplayaraq dördüncü yeri tutub.

DİGƏR XƏBƏRLƏR

Top