Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi tutduğu vəzifədən azad olunub.
Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Qafar İbrahimov öz ərizəsi ilə işdən azad edilib.
Həmin vəzifəyə Abbas Səhhət adına 1 saylı Xəstəxananın keçmiş baş həkimi olmuş Azad Quliyev təyin olunub.