Neft Fondu gəlirlərini açıqladı


Bu ilin yanvar-oktyabr ayları üzrə “Azəri-Çıraq-Günəşli” yatağı üzrə əldə olunan gəlir 8 milyard 326 milyon dollar təşkil edib.

Yeniavaz.com Neft Fondunun məlumatlarına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 3 milyard 713,9 milyon dollar və ya 80,5% çoxdur.

Hesabat dövründə "Şahdəniz" yatağı üzrə qaz və kondensat satışından əldə olunan gəlirin həcmi 2,6 dəfə və ya 747 milyon dollar artaraq 1 milyard 209 milyon dollar təşkil edib.

O cümlədən cari ilin ilk 10 ayında "Şahdəniz" yatağı üzrə kondensatın satışından 328,6 milyon dollar əldə olunub ki, bu da illik nisbətdə 2,4 dəfə və ya 193,3 milyon dollar çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top