Kürdəmirdə 16 yaşlı yeniyetmə doğuş zamanı vəfat edib


Kürdəmirin Topalhəsənli kəndində 16 yaşlı yeniyetmə doğuş zamanı vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə məlumat verib.
“Şəbnur adında 15 yaşlı bir qız var idi, Kürdəmirin Topalhəsənli kəndində. Abuzər kişinin qızı idi Şəbnur. Bilirsiniz niyə var idi?
Çünki artıq 16 yaşında həyatına son qoyuldu Şəbnurun. Şəbnur dünən axşam saatlarında doğuş zamanı vəfat edib”, - deyə K. Ağazadə bildirib.
O, aidiyyəti qurumları məsələ ilə bağlı tədbir görməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top