Tanzaniyada təyyarə qəzasında 19 nəfər ölüb - Video - Yenilənib

Tanzaniyanın şimalında, Bukoba hava limanı yaxınlığında sərnişin təyyarəsinin Viktoriya gölünə düşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ölkənin baş naziri Qassım Madjaliva istinadən məlumat yayıb.

***14:34

Tanzaniyada sərnişin təyyarəsi Bukoba hava limanında eniş etmək istəyərkən Viktoriya gölünə düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Tanzania Business Insight” xəbər verir ki, Fransa-İtaliya istehsalı olan ATR 42-500 turbovintli təyyarənin göyərtəsində olan 43 nəfərdən 26-sı indiyədək xilas edilib.
Xilasetmə işləri davam etdirilir.
Sosial şəbəkələrdə qəza yerindən fotolar yayılıb. Onlar göstərir ki, təyyarə tam olaraq suyun altına düşməyib və gövdəsinin bir hissəsi gölün üstündə qalıb.

DİGƏR XƏBƏRLƏR

Top