Ağacların qırılması naxçıvanlıların etirazına səbəb olmuşdu... - Zəfər Parkı salındı + Fotolar


Naxçıvan şəhərinin mərkəzindəki “Sabir bağı” adlanan ərazidə 100 illik ağacların kütləvi məhv edilməsi ilə bağlı daha əvvəl məlumat vermişdik.
Yeniavaz.com
xəbər verir ki, dağıdılan “Sabir bağı”nın yerində Zəfər Parkı salınıb və Zəfər Abidəsi ucaldılıb.
Noyabrın 5-də Naxçıvan şəhərində sözügedən Zəfər Abidəsinin və parkın açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Muxtar Respublikanın rəsmi mətbuat orqanlarının yaydığı məlumatda 12,5 metr yüksəkliyi olan abidənin ətrafında park salındığı, ağac və gül kolları əkildiyi, müasir işıqlandırma sistemi quraşdırıldığı bildirilir.

Qeyd edək ki, sözügedən ərazidəki yaşıllığın məhv edilməsi və ağacların qırılması Naxçıvan sakinlərinin narazılığına səbəb olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top