Türkiyə 2 şəhid verdi


Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, “Pəncə-Şimşək” əməliyyatı bölgəsində terror təşkilatı üzvləri tərəfindən əvvəlcədən basdırılmış əldəqayırma partlayıcının partlaması nəticəsində çavuş Halil Yıldız və əsgər Fırat Güner şəhid olub.
“Dərin ağrı və kədərə səbəb olan bu hadisədə həyatını itirən şəhidlərimizə Allahdan rəhmət diləyir, kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və xalqımıza başsağlığı veririk”, - Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top